Türkiyənin məşhur aktrisa və aparıcısı Zuhal Topal evlilik verilişinə qatılan azərbaycanlı qızın fahişə çıxması xəbərinə reaksiya verib.

Unikal.org-un məlumatına görə, Zuhal Topal bəyan edib ki, o sadəcə verilişin aparıcısı olub, proqramın təşkilatçısı başqa şirkətdir.

"Əvvəl də dediyim ki, verilişin təşkilatçısı mən, həyat yoldaşım və ya ailəmdən biri deyil. Dolayısıyla yayılan xəbərlərə mənim aidiyyatım yoxdur. Rica edirəm mənim adımı bu xəbərlərlə yanaşı hallandırmayın, - deyə aparıcı bildirib.

Türkiyənin Adana şəhərində internet üzərindən sayt qurub 700 qadına fahişəlik etdirdiyi iddia edilən şəbəkə aşkarlanıb.

Aparılan əməliyyatlar zamanı aralarında özəl kanalda evlilik verilişinə qatılan qadınların da olduğu fahişələr saxlanılıb.

Polis 54 eskort saytının Türkiyədə təxminən 700 qadına fahişəlik etdiriyini müəyyənləşdirib. Şəbəkə reklam şirkəti adı ilə fəaliyyət göstərib. Şübhəli şəxslər 3 ay ərzində polis tərəfindən izlənilib.

Əməliyyat çərçivəsində Adana başda olmaqla, İstanbul, Ankara, İzmir, Bursa, Antalya, Muğla, Kocaeli, Eskişehir, Mersin, Qaziantəp, Hatay, Şanlıurfa və Malatyada səhər saatlarında əməliyyat başlayıb. Basqınlar zamanı şəbəkə təşkilatçılarından 23 nəfər şəxs saxlanılıb.

Onlardan 2-i qadın, 20-i kişi olub. "Zuhal Topalla izdivaç" verilişində iştirak etmiş Birkanın da saxlanılanlar arasında olduğu ortaya çıxıb. Polisin araşdırmasına görə, Birkan biri azərbaycanlı olmaqla iki qadına sayt üzərindən fahişəlik etdirib.