Millət vəkili “Azəristiliktəchizat”la bağlı hüquq-mühafizə orqanlarına müraciət etməyi planlaşdırır - MÜSAHİBƏ

05 Oktyabr 2017 [12:23]


"Təəssüflər olsun ki, "Azəristiliktəchizat” adlı bir qurum uzun müddətdir binaları istiliklə təmin etmir”- bu sözləri Unikal.org-a müsahibəsində Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib.

- Fuad müəllim, deyəsən, son günlər çox məşğulsunuz, görüşümüz ertələnmişdi. Nəhayət söhbətimiz alındı. Ümumiyyətlə, görüşə çox çağırılırsız, yoxsa Sizinlə görüşə çox gəlirlər?

-Düzü, millət vəkili işi bir başa insanlarla bağlı olan sahədir. Millət vəkili kimi mənim təyin olunmuş qəbul saatlarım var. Mütləq olaraq ayda bir dəfə seçicilərimi qəbul etməliyəm. Amma təbii ki, ayda bir dəfə deyil, 3-4 dəfə qəbul keçirirəm. Seçildiyim dairədən insanlarla tez-tez görüşür, eyni zamanda, komitə sədri olaraq idman və gənclərin ümumrespublika üzrə problemi olan insanlarla görüşürəm. Ona görə əsas işim budur. Eyni zamanda, Milli Məclisdə əsas işimdən biri də beynəlxalq təşkilatlarda təmsilçiliyimdi. Nəzərə alsaq ki, bizim ərazi bütövlüyü problemimiz var, düşmən ölkə müxtəlif vasitələrlə Azərbaycana təzyiqlər göstərməyə çalışır. Təbii ki, heç bir nəticə vermir. Cənab prezident İlham Əliyevin Azərbaycanda beynəlxalq tədbirlərin keçirilməsində böyük rolu var. Deyərdim ki, elə bir gün olmasın bu tədbirlər olmasın.

-Bu qədər tədbirdə iştirak edirsiz, işiniz çox olur. Bəs, ailəyə və mütaliyəyə vaxt ayıra bilirsinizmi?

-İşimin çox olmasına baxmayaraq sözsüz ki, şəxsi həyatıma da vaxt ayırmalı və mütaliyə də etməliyəm. Öz üzərimdə işləməliyəm. Yuxarıda sadaladığım işlər çox olduğundan, bəzən ailəyə və mütaliyəyə ayıra bilmirəm. Çalışıram, amma çox az vaxtım olduğundan bunu istədiyim kimi, edə bilmirəm.

- Bəs, millət vəkilliyindən yorulduğunuz gün olubmu?

-Xeyr. Artıq 2005-ci ildən Milli Məclisdə təmsil olunuram. Bu işi görmək böyük şərəfdir. Bu şərəfli işdə hər birimiz öz bacarığımızı, biliyimizi istifadə edərək xalqımıza, dövlətimizin siyasətinə tövhə verməyə hazırıq. Bu iş mənim xoşuma gəlir. Bu vəzifədə mənim heç bir məcburiyətim yoxdur. Ola bilsin, gənc yaşlarımdan bu işdə olduğuma görə mən millət vəkili işində özümü çox rahat hiss edirəm.

-Siz iki çağırış Səbail, sonuncu seçkilərdə isə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə deputatlığa namizədliyinizi verərərək millət vəkili seçildiniz. Səbaillə Xətai seçiciləriniz arasında fərq varmı?

-Təbii ki, fərqlərlər həmişə var. İnsanlar fərqlidir. Bir ailənin 3 övlad böyüyürsə, onların hər biri fərqlidir. Bu fərqlər hər zaman var. Səbaildə və həm də Xətaidə mənim yanımda çalışan insanlar şükürlər olsun ki, işimizi seçicilərlə sistemli şəkildə qurmuşuq. Otağımda seçildiyim dairə üzrə xəritə mövcuddur. Əslində, problemlərin əksəriyyəti eynidir. Baxmayaraq ki, Səbail Bakının mərkəzi rayonu sayılır. Bu rayonda ola bilsin ki, infrastrukturla bağlı məsələlər gözə dəyməsə də, Bayıl deyilən ərazidə bəzi prolemlər var. Seçildiyim ərazidə 20-ci sahə deyilən ərazidə, infrastrukturla bağlı müyyən məsələlər var idi. Xətaidə seçildiyim ərazidə əhali daha çoxdur. Biz çalışırıq ki, bu rayonda da insanların qaldırdıqları məsələlərlə məşğul olaq.

-Sizi qıcıqlandıran, əsəbləşdirən seçici müraciətləri olurmu?

-Bu iş belədir ki, biz insanlarla daim ünsiyətdəyik. Nə vaxt ki, biz bu binaya girib seçicilərlə görüşürüksə, öz şəxsi problemlərimizi, qayğılarımızı kənarda qoyuruq. Bəzi müraciətlər olur ki, mən onlara təəssüflənirəm. Qohum-qohumdan, qonşu-qonşudan gəlib şikayət edir. İlk deputat seçiləndə belə müraciətlər çox təəccübləndirdim. Amma sonradan belə müraciətlər çox olduğundan başa düşdüm ki, belə hallar ola bilər.

-Bəs siz necə belə hallarla üzləşməmisiz?

-Biz Bayılda həyət evi var və uşaqlığım orada keçib. Yadıma gəlir ki, bizim evimizin qapısını hər zaman açıq olub. Bizim evimizin qapısında heç zaman qıfıl olmayıb. Mənim üçün təəccüblü gəlirdi ki, qonşu-qonşudan necə şikayət edə bilər? Çünki bizim qapımız hər zaman açıq olub. Mən uşaqlıqda belə görmüşəm. Bir gün qonşu bizdə, biz də onlara getmişik.

-Kreditlərlə bağlı müraciət varmı?

-Çoxdur. Kreditin nəyə görə alınmasını bir tərəfə qoyuram. Amma krediti qaytarmaq prosesi ilə bağlı problemi var. Bəzi insanların sosial vəziyəti onlara krediti qaytarmağa imkan vermir. Bizdə statistik məlumat var. Onu sizə təqdim edə bilərik.

-Bəs işsizliklə bağlı müraciət var?

-İşsizliklə bağlı bəzi problemlər var. Əvvələr bu müraciətlər daha çox idi. Hazırda daha çox poblemlər nə ilər bağlıdır? İşçi qüvvəsi və təklif olunan iş. Bir –birinə qeyri mütənasibdir. Burada əmək haqqı məsələsi də var. Gənc, ali təhsilli oğlanlardır. Onlar işləmək üçün müraciət edirlər. Amma onlardan təcrübə tələb olunur. Axı bu təcrübəni haradan yığa bilər? Bu suallarla görə biz müvafiq dövlət qurumlarına müraciət edirik. Mən özüm hiss edirəm ki, ümumirespublika üzrə işsizlik səviyyəsi çox azalıb. Statistik rəqəmləri götürsək, təxminən 5-6 faiz civarındadır. İşsizlərin əksəriyyəti də gənclər deyil. Bu gün gənclərlə bağlı statistik məlumatlarda belə məsələ yoxdur. İşsizlik səviyyəsi Orta Avropa səviyyəsindən bir az yuxarıdır. Siz bilirsiz ki, son illər dünya ölkələrində böhran yaranıb. Bu, bizə də təsir elədi. Amma buna baxmayaraq, biz işimizi yüksək səviyədə həyata keçiririk. Mən inanıram ki, bu dövr çox tez keçəcək.

-Yeri gəlmişkən, bəziləri bildirir ki, gənclər işsizlikdən Suriyada, İraqda və digər ölkələrdə terror təşkilatlarına müəyyən pul müqabilində qoşulurlar. Bu, nə dərəcədə doğrudur?

-Əgər belədirsə, Böyük Britaniya, ABŞ, Kanada, Rusiya və digər ölkələrin vətəndaşları nəyə görə sözügedən terror təşkilatlarına nəyə görə qoşulur? Bu, dünyada böyük bir bəlalı bir problemdir. Rəsmi məlumatlara görə, hazırda 900-dən çox Azərbaycanlı müxtəlif istiqamətlərdə terror təşkilatlarında fəaliyyətləri olub və yaxud iştirak ediblər. Təbii ki, bununla bağlı bizim hüquq-mühafizə orqanları iş aparır. Eyni zamanda bizim də vəzifəmiz ondan ibarətdir ki, bu sahədə marifləndirmə şəkilində aparırıq. İnsanlara İŞİD-in islamla bağlı olmadığı həqiqəti çatdırırıq. Yəni, sizin mənim tək işimiz deyil. Bütün cəmiyyət bu işdə bir olmalıdır.

-Seçildiyiniz 34 saylı Xətai ikinci seçki dairəsində seçicilər ən çox nədən şikayət edir?

-Ciddi problem yoxdur. İstiliklə bağlı problemlər var. Təəssüflər olsun ki, "Azəristiliktəchizat” adlı bir qurum uzun müddətdir binaları istiliklə təmin etmir. Xətai rayonunda daha çox bina evləridir. Burada istilik problemləri mövcuddur. Məsələ ilə bağlı bütün instansiyalara, Baş Nazirə qədər müraciət etmişəm. Artıq cavab da almışam. Hazırda onun icrası işi gedir.

-"Azəristiliktəchizat” bu məsələdə nə deyir?

-"Azəristiliktəchizat”deyir ki, biz ancaq magistrallara cavab veririk. Bakı şəhər İcra Hakimiyyəti bildirir ki, bu işlə məşğul olmalıdır "Azəristiliktəchizat”. "Azəriqaz”dan isə bildirilir ki, "Azəristiliktəchizat” bizə borcludur və bizim pulumuzu vermir. Bu gün ən çox bu işlə məşğulam. Çalışıram ki, seçildiyim ərazidə yaşayış binalarını istilik sitemi ilə təmin edilsin.

-Axırı nə olacaq?

-Axırıda biz bütün instansiyaları keçəcəyik. Bu məsələni lazim olan həddə çatdıracağıq. Təbii ki, hüquq-mühafizə orqanlarına da bu məsələ ilə bağlı müraciət etməyi planlaşdırırıq. Qoy araşdırma aparılsın ki, insanlar hansısa bir dövlət qurumunun başqa bir dövlət qurumuna borclu olması səbəbindən nəyə görə əziyət çəkməlidir?

-Fuad müəllim, Azərbaycan ən gənc deputatı kimi tarixə düşmüsüz. Sizə heç qısqanclıqlar olurmu və yaxud olubmu?

-Mən 1996-cı ildən 2005-ci ilə qədər gənclər hərəkatında olmuşam. Mənim nə atam, nə də ki, anam dövlət qurumunda yüksək vəzifədə olmayıb. Heç bizneslə də məşğul olmayıblar. Bizim nəslimizdə heç kim deputat da olmayıb. Bir sözlə, müəllim ailəsində böyümüşəm. Atam hazırda Neft Akademiyasında dosentdir. İndi də pedaqoji fəaliyyətlə məşğul olur. Təbii ki, 2003-ci ildə cənab prezident seçkilərə qatıldı. Biz aktiv gənclər olaraq hamımız o prossesdə iştirak elədik. Bizim üçün böyük fəxr idi ki, Milli Olimpiya Komitəsinin sədri, Ulu Öndər Heydər Əliyevin oğlunun təbliğat-təşviqat işində iştirak edirdik. Çox ağır seçki idi. Mənim o vaxt çox yaxşı yadımdadır. Bundan sonra gənc insan olaraq parlamentə düşdüm. Mən deputat seçiləndə bir sıra ağsaqqal Milli Məclis üzvlərini tanıyırdım. Milli Şuranın sədri kimi sözügedən ağsaqqal deputatlarla tədbirlər keçirirdik. Mən xüsusi olaraq heç vaxt özümə qarşı qısqanclıq hiss etməmişəm.

-Fuad müəllim, əvvəlki gənclər hərəkatının səsi indikindən daha gur çıxırdı. Bu, nə ilə bağlıdır?

-Mən bunu hiss eləmirəm. Hər dövrün öz istiqamətləri, gəncləri, düşüncələri var. Yəni, bu gün elə bir gənclər təşkilatları var ki, onlar ixtisaslaşıb. Onlar öz istiqamətində də işləyirlər. Bu günləri həmdə gənclər təşkilatların sayı çoxdur. Əvvələr bu qədər gənclər təşkilatı yox idi. Regionlarda da bu prosses gedir. Gənclər arasında müxtəlif yanaşmalar mövcuddur. Mən düşünmürəm ki, xüsusi bir soyuqluq var. Hesab edirəm ki, hər bir zamanının öz yanaşması var. İndiki yanaşma belədir ki, gənclərin üzə çıxması üçün şansları daha çoxdur. Bu günləri bizim dövlət qurumlarımda gənclərimizin sayı çoxdur.

-Son günlər Azərbaycanda azyaşlıların dini mərasimlərə qatılması məsələləri də müzakirə olunur. Bu məsələyə yanaşmanızı bilmək istərdik.

-Bizdə dövlət din ayrıdır. Ölkəmizdə tolerantlıq var və hər bir dinin nümayəndəsinə xüsusi yanaşmalar mövcuddur. İbadət yerlərimiz var. Bizdə bununla fəxr edirik. Məsələ ilə bağlı Dini Komitədə öz münasibətini bildirdi. O ki qaldı uşaqların tərbiyəsi və valideynlərin ona yanaşmasına, bu, ailə məsələsi sayılır. Biz cəmiyyət olaraq çalışmalıyıq ki, baş verən hadisələrdə valideynlərin və uşaqların hüquqları qorunsun. Əgər bu problem cəmiyyəti narahat edirsə, təbii ki, biz bunu müzakirə etməliyik. Biz bu günləri deyir ki, ancaq bizim yanaşmamız qadağalardan ibarət olmalıdırsa, məncə bu qadağalar heç bir nəticə verməyəcək. Bizim ancaq işimiz ondan ibarət olar ki, bu istiqamətdə maarifləndirməni artıraq. Biz bu istiqamətdə həqiqi dəyərlərin nə olmasını aşılayaq.

SÖHBƏTLƏŞDİ: Amid Əyyuboğlu










SON XƏBƏRLƏR davamı
2017-10-22
2017-10-21












SORĞU
Azərbaycanda internetin keyfiyyətindən razısınızmı?

Bəli (11.63%)
Xeyir (88.37%)


TƏQVİM