SON XƏBƏRLƏR
26 Sentyabr 2018
25 Sentyabr 2018
Məşqçisindən hamilə qaldığı deyilən Xumar DANIŞDI: "...məni idmana qoymurlar"
MÜSAHİBƏ 14:58 / 21.12.2017
Bir neçə ay bundan əvvəl, Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığma komandasının üzvü Xumar Məmmədovanın şəxsi məşqçisi Kərim Kərimlidən hamilə qalması xəbəri yayılmışdı.

O zamanlar milli komandanın da məşqçisi kimi fəaliyyət göstərən K.Kərimlinin tələbəsi ilə münasibəti federasiya daxiliində ciddi müzakirələrə səbəb olmuşdu. Hətta sosial şəbəkələrdə də onların yaxın ətrafı müəllim və tələbə arasında sevgi münasibətləri barədə xəbərdar olduqlarını qeyd etmişdilər.
Bu xəbərdən sonra qadın idmançını millidən kənarlaşdırdılar və bir daha onun geri qayıtmasına izn vermədilər.

Məşqçi K.Kərimli xəbəri dəfələrlə təkzib etsə də, Xumar Məmmədova nədənsə bu barədə açıqlama verməkdən imtina etmişdi.

X.Məmmədova redaksiyamıza zəng edərək iddiaların yanlış olduğunu deyib. Qadın idmançı Unikal.org-a uşağın atasının tamam başqa bir insan olduğunu deyib:

"Mən qəti olaraq demək istəyirəm ki, uşağımnın atası başqasıdır, müəlllimim deyil. And olsun... Mən bunu analiz verməklə sübut edəcəm”...

- Bəs uşağınızın atası kimdir?

- Uşağımın atası tamam başqa adamdır. Öz kəndçimdir, Kərim müəllim deyil. O vaxt mən getdiyim ərəfədə müəllimim burada olmayıb. (red: Goranboy rayonu nəzərdə tutulur). Həmin vaxt məşqçim Bakıda idi. Burada Kərim müəllimlik bir iş yoxdur. Xəbəri sizə deyib, müəllimimin günahına girən kimlərdirsə, DNT analizinin cavabını onlara da göstərəcəm. Fakt odur ki, uşaq Kərim müəllimdən deyil.

- DNT analizinin cavabını hələ almamısınız?

- Yox hələ cavabını almamışam. Yanvar ayında əlimdə olacaq. Uşağın atası bizim kəndimizdəndir.

- Xumar xanım, həmin şəxslə rəsmi nikahınız var?

- Yox, rəsmi nikahım yoxdur. Hazırda ondan ayrılmışam. Amma DNT analizinin cavabını alan kimi Bakıya gələcəm, uşağın atasını da göstərəcəm. Yenə deyirəm müəllimimin heç bir günahı yoxdur.

- Yəqin ki, övladınızın sənədləri var? Sənədlərdə uşağın atasının adı yazılıb?

- Əlbəttə yazılıb, sənədin şəkilini də sizə göstərərəm.

Məhkəmə olacaq. Sizi də məhkəməyə dəvət edəcəm. Çağırma səbəbim də odur ki, orada olanları öz gözünüzlə görün və işıqlanıdırın. Yəni, gəlib öz gözünüzlə də uşağın atasının kimin olduğunu görə bilərsiniz. Bizi yaradana and olsun ki, uşaq müəllimimdən deyil. Bilirsiz uşaq bətnimdə olan zaman niyə gizlədirdim?

- Niyə?

- Çünki mən idmançıyam. Bilməyənlər də bilsin ki, mən idmana necə bağlıyam. Valideynlərim də məni məşqdən uzaqlaşdırmaq istəyirdi. Dedim, prezidentə yazmaqdırsa, yazacam ki, məni idmana qaytarsın. Mən idmanımı istəyirəm. Balam da əzizdir, idmanım ondan da əzizdir.

- Sizi idmana qayıtmağa nə mane olur?

- Müəllimimlə adım çıxıb deyə qoymurlar. Amma mən Federasiyadakılara da sübut edəcəm ki, Xumarın dediyi düzdür, siz dediyiniz yox. Deyirdilər ki, Kərim müəllimlə bu qızın münasibəti var... Amma xeyr. O bizi yaradan Allaha and olsun, Qurana da əl basaram ki, müəllimimlə mənim aramda heç nə olmayıb. Aramızda sadəcə müəllim və tələbə münasibəti olub.

Bir müddət sonra prezidentə də yazacam ki, məni idmana qaytarsın. Mən idmansız heç nəyəm. Yenə deyirəm, balam mənim üçün çox əzizdir, amma idman hamısından əzizdir.

Aygün İlqarqızı