SON XƏBƏRLƏR
19 Iyun 2018
18 Iyun 2018
Bədxassəli şişlərin müalicəsində yeni üsul sınaqdan keçiriləcək
ARAŞDIRMA 16:00 / 04.02.2018
Mütəxəssislər immun sistemini daha da aktivləşdirən iki aktiv maddənin siçanlardakı sərt və davamlı şişlərə çox az miqdarda inyeksiya edilməsindən sonra həmin heyvanlardakı bütün xərçəng izlərinin məhv olduğunu açıqlayıblar.

Unikal.org AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə "Science Translational Medicine" jurnalında məqalə dərc edilib. ABŞ-ın Stenford Universitetinin əməkdaşları şişlərdəki "T-hüceyrələri” adlanan hərəkətli immun hüceyrələrini aktivləşdirmənin nəticəsi kimi siçanlardakı uzaq metastazların, hətta başqa orqanlara yayılan şişlərin də məhv olduğunu bildiriblər.

Araşdırma zamanı məlum olub ki, həmin iki aktiv maddənin lokal olaraq birbaşa şiş olan hissəyə inyeksiya edilməsi zamanı xərçəngə qarşı "T- hüceyrələri” yenidən aktivləşib. Tədqiqatçılar həmin maddələrdən birinin insan orqanizmində istifadəsinin mümkün olduğunu, digərinin isə sınaqdan keçirildiyini söyləyiblər.

Alimlərin dediyinə görə, inyeksiyalardan biri "T- hüceyrələri”nin aktivliyini artırarkən, digəri hüceyrələri xərçəngə "hücum etməsi barədə xəbərdarlıq edir”. Laboratoriya şəraitində aparılan tədqiqat zamanı hədəflənən və hədəflənməyən şişlərin müalicədən sonra kiçildiyi və ya yox olduğu, həmçinin 90 siçandan 87-də müsbət nəticə əldə edildiyi məlum olub.

Araşdırmaçılar süd vəzisi, bağırsaq və dəri xərçənginə yoluxan siçanlarda də eyni nəticəni əldə ediblər.

Tədqiqatçılar siçanlar üzərində sınaqdan keçirdikləri üsulla aşağı dərəcəli limfoması olan 15 xəstəni müalicə etməyi planlaşdırırlar.