ABŞ prezidenti Donald Tramp bugünkü açıqlamasında yenə də qondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Ağ Ev rəhbəri 1915-ci ilin "dəhşətli" hadisələrinin yada salındığını deyib.

Tramp bildirib ki, insanların zərər çəkməsindən və həyatlarını itirməsindən kədərlənir.

"Biz 1915-ci ilin dəhşətli hadisələrini yada salırıq və insanların həyatını itirmələrindən, zərər çəkmələrindən kədərlənirik", - deyə ABŞ prezidenti bildirib.

Ağ Ev rəhbəri ermənilərin Osmanlı imperiyasından deportasiya edildiyini qeyd edib.

Bununla da Tramp ermənilərin gözləntilərinin əksinə olaraq, növbəti dəfəqondarma "erməni soyqırımı" ifadəsini işlətməyib.