Məhşur stilist Samiraldo fəxri ad almaq arzusundadır.

Unikal.org-a açıqlama verən stilist əksər fəxri ad alanlardan məşhur olduğunu və buna görə də nə vaxtsa fəxri adla mükafatlandırılacağına əmin olduğunu bildirib:

"Mənim fəxri adımı öncə Allah verib ki, məni milyonlarla insana sevdirib. Mən onlarla filmlərdə  rol almışam. Öz rolumu - Samiraldo obrazımı canlandırmışam. Hətta çox filmlərə çəkilməkdən imtina etmişəm. Guya, fəxri ad alanların çoxu buna layiqdir? Əminəm ki, dövlət də mənə fəxri ad verəcək. Niyə verməsinlər ki? Mən də Azərbaycan vətəndaşıyam. Mən insanların sevimli Samiraldosuyam. Niyə də olmasın?Allah məni son illər ərzində çox mükafatlandırdı.Əminəm ki, dövlət də məni yaxın zamanlarda fəxri adla mükafatlandıracaq."

Famil Fərhadoğlu