Lənkəranda minik avtomobili su kanalına düşüb.
Unikal.org APA-ya istinadən məlumatına görə, hadisə 21 radələrində Lənkəran- Boradigah şosesinin Gil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Digah kənd sakini, 1994-cü il təvəllüdlü Orxan Əkrəm oğlu Heydərovun idarə etdiyi “VAZ-21015” markalı, 44 BB 482 dövlət nömrə nişanlı minik avtomobili hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.
Nəticədə sürücü və daha üç nəfər, Lənkəran sakinləri, 1996-ci il təvəllüdlü İbrahim Yusif oğlu Abdullazadə, 1991-ci il təvəllüdlü Arif Rasif oğlu Muradov və 1994-cü il təvəllüdlü İlkin Azər oğlu İsmayılzadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlarln vəziyyətinin orta-ağır olduğu bildirilir.
Qəzanın avtomobilin sürüşkən yolda sürət həddini aşması səbəbindən baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.