Goranboyda ağır yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Qarqucaq kəndi yaxınlığından keçən avtomobil yolunda qeydə alınıb.

"NİVA və "VAZ21011 markalı avtomobillərin toqquşması nəticəsində "Nivanın sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan digər sərnişin və "VAZ21011 də olan bir nəfər ağır vəziyyətdə xəstəxanaya aparılarkən yolda ölüblər.

İlkin məlumata görə, dünyasını dəyişən "Nivanın sürücüsü Goranboy rayon İcra Hakimiyyəti başçısının köməkçisi Fuad Əliyevdir.

Faktla bağlı araşdırma aparılır.