İlanın verdiyi reaksiya hər kəsin marağına səbəb olub.

Son zamanlar sosial mediada yayımlanan bir video hər kəsin diqqətini cəlb edib.

Unikal.org-un istipress.com-a  istinadən məlumatına görə, həvəskar herpetoloqlardan biri, zəhərsiz bir indiqo ilanını tutub və ilanın verdiyi reaksiya hər kəsin marağına səbəb olub.

Təhlükə zamanı hər zaman ya qaçmağa, ya da savaşmağa üstünlük verən ilan növlərindən fərqli olaraq bu ilanın reaksiyası bir qədər fərqli olub. Bu ilan aktyorlar kimi ölü təqlidi edib. Herpetoloq ilanı ələ aldıqda heyvan bir anda hərəkət etməyi saxlayaraq, ağzını açaraq özünü ölülüyə vurub.

Bir çoxları üçün bu reaksiya fərqli olsa da, indiqo növünə məxsus ilanlar təhlükə anında ölü təqlidi edə bilir. İşin maraqlı tərəfi isə belə bir reaksiya ilə əvvəllər heç kəsin qarşılaşmamasıdır.