Ankarada qətlə yetirilən rus səfiri Andrey Karlova sui-qəsd anının yeni görüntüsü yayılıb.

Unikal.org xəbər verir ki, uzaq rakursdan çəkilmiş bu videoda qatilin cinayəti törətmədən əvvəlki gərginliyi aydın sezilir.

Qeyd edək ki, səfiri 1994-cü il təvəllüdlü Mövlud Mert Altıntaş öldürüb. O, çevik polis əməkdaşı olub və ona Karlovu qorumaq tapşırılıb. Sui-qəsddən sonra silahlı şəxs polis özəl hərəkatı tərəfindən zərərsizləşdirilib.