İngiltərənin ən çox satılan qəzetlərindən olan "Daily Mailin" internet saytı, maraqlı bir proyektə imza atıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Mail Online, Türkiyədə də bir xeyli məşhur olan həddindən artıq dar geyimlər və taytlar insanların diqqətini çəkib çəkmədiyini ölçmək üçün "əslində çılpaq" bir modeli küçəyə çıxarıb.

Bədən boyama sənətçisi Sarah Attwell model Kelly Kleinin beldən aşağı hissəsini şalvar geymiş təəssüratı oyandıran bir şəkildə boyayıb.
Bu əməliyyat təxminən 2 saat davam edib. Attwell, Kleinin beldən aşağısını gerçək bir cins şalvar geymiş kimi əks etdirən bir şəkildə boyayıb.

Model bundan sonra küçəyə çıxıb. Hər kəs onun cins şalvar geyindiyini təsəvvür etsədə, yalnız 12 nəfər tərəfindən modelin çılpaq olduğunu bilib.