Türkiyədə əlil insanların arzularını gerçəkləşdirən engelsiz 1gun sosial yardım kampaniyasının veb-saytında müraciəti yayımlanan Sümeyra adlı əlil qızın arzusu həyata keçib.

Unikal.org türkiyə mediasına istinadən xəbər verir ki, Hatay şəhərində yaşayan və keçirtdiyi qəza nəticəsində 98% əlil olan Sümeyranın müraciət videosuna insanlar tərəfindən cavab gecikməyib.

Müraciətində ən boyük xəyalının yeni bir otaq olduğunu deyən Sümeyranın bu arzusu artıq həyata keçib.