"Azərbaycan hər zaman verdiyi sözü tutur. 

Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu "Statoilşirkətinin baş vitse-prezidenti Al Kuk ABŞ-Azərbaycan konfransında çıxışı zamanı bildirib.

A.Kuk buna misal olaraq bir neçə layihəni göstərib. Onun sözlərinə görə, bu layihələrin fonundan"Əsrin müqaviləsi xüsusilə seçilir.

Norveç nəhənginin rəsmisi qeyd edib ki, "Statoil Azərbaycanın neft-qaz sektorunun ikinci iri investoru adını qorumaq niyyətindədir: "Şirkətimiz Azərbaycanın enerji sektoruna 5,6 mlrd. dollar yatırıb. Azərbaycanın enerji sektoru nəhəng potensiala malikdir. 2010-cu ildə Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, dünyanın enerji xəritəsinə öz dəsti-xəttini gətirib. İndi deyə bilərik ki, Azərbaycan regionun enerji xəritəsini dəyişdirdi.
SOCAR-ın vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə "Cənub Qaz Dəhlizilayihəsinin reallaşmasına verdiyi dəstəyə görə ABŞ-a minnətdarlığını bildirib: "Biz ABŞ-ın qlobal səviyyədə rolunu qəbul edirik və inanırıq ki, rəsmi Vaşinqton"Cənub Qaz Dəhlizi layihəsinə dəstəyini davam etdirəcək. Avropanın enerji təchizatında vacib rol oynayan "Cənub Qaz Dəhlizi layihəsinin icrası uğurla davam edir.