Beyləqanda baş verən silahlı insidentlə bağlı bəzi məqamlar məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə rayonun SMD qəsəbəsində keçirilən toy mərasimində qeydə alınıb.

Toyda iştirak edən Nadir Mirzəyevin Malik Zalovla mübahisəsi düşüb. Nəticədə N. Mirzəyev odlu silahdan atəş açaraq M. Zalovu yaralayıb.

Beyləqan Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Əli Məmmədov APA-nın yerli bürosuna bildirib ki, M. Zalov sol bazu nahiyəsindən güllə yarası alıb.

İlkin tibbi yardım göstərildikdən sonra M. Zalov yaxınları tərəfindən Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.

***10:09

Beyləqan rayonunda güllələnmə hadisəsi baş verib.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə Beyləqan rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, hadisə rayonun SMD-4 qəsəbəsində baş verib. Qəsəbə sakini, 1972-ci il təvəllüdlü Zalov Malik Əbdülhüseyn oğlu küçədə odlu silahla güllələnib. Yaralı ağır vəziyyətdə Beyləqan rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 1958-ci il təvəllüdlü Mirzəyev Nadir Qəzəb oğlu saxlanılıb.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cintayət işi başlanıb.