Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi "Renault Megane" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Unikal.org-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsininşüşəsilən qurğusununaltından gömrük nəzarətindən gizlədilən 7800 ədəd "NZ Gold Compact" markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.