Abşeronda 17 yaşlı qızı şantaj edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 7-də Masazır qəsəbə sakini olan 17 yaşlı bir qızdan barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib 50 manat pul almaqda şübhəli bilinən Biləsuvar rayon sakini İbrahim Novruzlu tutulub.