Şəmkir rayonunda bıçaqlanma hadisəsi olub.

Unikal.org apa-ya istinadən verdiyi məlumata görə, rayonun Posanlı kənd sakini, 1973-cü il təvəllüdlü Cavadova Nəzakət Əli qızı bədənin çoxsaylı kəsilmiş-deşilmiş yarası və kəllə-beyin travması xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Qadın əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir. Məlumata görə, N. Cavadova ruhi xəstə olan oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Şəmkir rayon Polis şöbəsində araşdırma aparılır.