Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, Günəşli qəsəbəsində 1984-cü il təvəllüdlü Rzayev ŞahinAltay oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.