Bakıda qətl törədən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, noyabrın 27-də Sabunçu rayonunun Zabrat qəsəbəsində naməlum şəxs münaqişə zəminində qəsəbə sakini Xəyal Məmmədovun sinə nahiyəsinə bıçaqla xəsarət yetirib.

O, aldığı ağır bədən xəsarətindən hadisə yerində ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Zaur Qasımov saxlanılıb.

09:11

Bakıda qətl törədilib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.

Naxçıvan sakini, 21 yaşlı tələbə Xəyal Məmmədov mübahisə zəminində naməlum şəxs tərəfindən bıçaqlanıb.

Nəticədə ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanaya yerləşdirilən X.Məmmədov orada keçinib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.