Bu gün Nəsimi rayon Məhkəməsində sabiq deputat Hacı Qalib Salahzadənin oğlu Əlihüseyn Salahzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilir.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hakim Şəlalə Həsənovanın sədrlik etdiyi iclasda Ə. Salahzadə ötən iclasda müqavilə bağladığı vəkili Lalə Mansurovadan imtina edib.

Hazırda iclas davam edir.

Qeyd edək ki, zərərçəkmiş Elbəy Mirzəyev hər hansı şikayət və tələbinin olmadığını deyib və şikayət ərizəsini geri götürüb.

Ə. Salahzadə bir müddət əvvəl həbs edilib. Cinayət Məcəlləsinin 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla onun barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Ə. Salahzadə "Azərsu ASC-nin əməkdaşını döyməkdə təqsirli bilinir.