"Fitch" beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli xarici və yerli valyutada reytinqi üzrə proqnozunu "neqativ"dən "stabil"ə yüksəldib. 

Reytinq isə "BB+" səviyyəsində təsdiq edilib. Unikal.org xəbər verir ki, bu barədə "Fitch"in rəsmi veb-saytında məlumat yayıb. 

Rəsmi saytın mlumatına görə, neft qiymətlərinin tədricən artması, o cümlədən sərt monetar və fiskal siyasət nəticəsində dolların manata nisbətən məzənnəsi apreldən etibarən 1,70 manat səviyyəsində stabilləşib.