Bakıda Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan "Radiozavodda partlayış baş verib. 

Unikal.org-un xəbərinə görə, partlayış yanğınla müşahidə olunub. Hadisə "Radiozavod"un ərazisindəki istehsalat sahələrindən birində baş verib və o qədər də böyük olmayan ərazini əhatə edib.  Partlayış səsi ətraf ərazilərdən eşidilib.  

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili tibbi yardım briqadaları cəlb olunub. 

Yanğın artıq lokallaşdırılıb. 

Hadisə nəticəsində ölən və yaralananları olması barədə ilkin məlumat yoxdur.   


xxx

Bakı metrosunun "Həzi Aslanov stansiyası yaxınlığında güclü partlayış baş verib.

Unikal.org xəbər verir ki, bu barədə sosial şəbəkə istifadəçiləri məlumat yayıb.

Məlumata əsasən, partlayış "Radiozavod deyilən ərazinin yaxınlığlında baş verib.

Partlayışdan sonra yanğın başlayıb.

Hazırda həmin əraziyə yanğınsöndürənlər cəlb olunub.