Bakıda yük avtomobili ofisə girib. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, Ramana-Maştağa yolunda sürətlə hərəkətdə olan "Shachman markalı yük avtomobili dönmə əməliyyatını düzgün yerinə yetirməyərəkyoldan çıxıb vəbinaya çırpılıb.

Xoşbəxtlikdən qəza baş verən an "Ev alqı-satqısı ofisində iş vaxtı başa çatdığından işçilər obyektdəolmayıb.

Hadisə nəticəsində avtomobilin sürücüsü xəsarət alıb. Sürücü təcili yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Hadisə yerinə polis cəlb olunub, araşdırma aparılır.