Bayramla əlaqədar qeyri-iş günlərində baş verən yol qəzalarının statistikası açıqlanıb.

Unikal.org xəbər verir ki, 6 gün ərzində respublika yollarında 42 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 10 nəfər ölüb, xeyli insan isə xəsarət alıb.

Ən çox qəza bayramın ilk günündə baş verib. 12 qəzada 3 nəfər ölüb, 16 nəfər ağır xəsarət alıb.

Qeyd edək ki, qəzaların çoxu magistral yollarda və rayonlarda baş verib. Bu günlərdə paytaxda isə ümumiyyətlə xəsarətlə nəticələnən qəza qeydə alınmayıb.

Sabah bayram tətilinin sonuncu günü olduğu üçün, bu gündən etibarən Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları təhlükəsizliyi təmin etmək məqsədilə patrul avtomobilləri ilə rayonlardan Bakıya gələn bütün sərnişin avtobuslarını, eləcə də mikroavtobusları müşayiət edir.