Mingəçevir şəhərində fəhlə yataqxanasının binasında yanğın başlayıb.

Unikal.org  Report-a istinadən  xəbər verir ki, hadisə şəhərin Ü.Hacıbəyli küçəsində yerləşən Texniki Rezin ASC-nin fəhlələr üçün nəzərdə tutulan yataqxanasının binasında baş verib.Yanğın zamanı 6 nəfər xəsarət alıb. 

  Yanğın beşmərtəbəli binanın üçüncü mərtəbəsindən başlayıb. Yanğın zamanı binanın sakinləri təxliyə edilib. Sakinlərdən 6 nəfər xəsarət alıb. Onlardan 3 nəfərinin vəziyyəti ağır olduğu üçün Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Digər 3 yaralıya isə hadisə yerində həkimlər tərəfindən ilkin tibbi yardım göstərəlib. Xəstəxanaya yerləşdirilənlərin tüstüdən zəhərləndiyi bildirilir. 

Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürən maşınları və canlı qüvvəsi səfərbər edilib. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. 

Faktla bağlı araşdırmalara başlanılıb.