Bakı şəhərinin Xətai rayonunda 1 nəfər intihara cəhd göstərib.

Unikal.org xəbər verir ki, bu haqda FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub. Doqquzmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsinin eyvanına çıxan şəxs intihar etmək istəyini nümayiş etdirib.

Nazirliyin əməkdaşları hadisə yerinə cəlb olunub və xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.