Ağcabədi rayonuna güclü dolu yağıb.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, dolu rayonun Qiyamadınlı, Gələbədinli kəndlərinə düşüb. Yağan dolunun təsərrüfatlara nə qədər ziyan vurduğu hələlik məlum deyil.

Hazırda dolu yağması fasilələrlə davam edir.