Şəmkirdə ölümlə nəticələnən yol qəzası baş verib

Unikal.org apa-ya istinadən məlumatına görə, hadisə Şəmkir şəhərində qeydə alınıb.

Hərəkətdə olan "VAZ2104 markalı avtomoiblin başqa bir maşınla toqquşması nəticəsində "VAZ-ın sürücüsü bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Avtomobildə olan sərnişin, sürücünün həyat yoldaşı, 60 yaşlı Lİba Niftəliyeva isə xəstəxanaya çatdırılanda yolda ölüb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma parılır.