Ucarda oğurluq hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında şəhərin 20 Yanvar küçəsində yerləşən mağazada qeydə alınıb. Alim Namət oğlu Məmmədov ona məxsus ərzaq mağazasından 8 min manatlıq oğurluq edildiyini bildirib.

Bu, müharibə veteranı olan A. Məmmədova məxsus mağazadan ikinci oğurluq hadisəsidir. İlk hadisə ötən il baş verib.

Hadisə barədə rayon Polis Şöbəsinə məlumat verilib.