Türkiyənin Sakarya əyalətində qəribə olay baş verib.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 68 yaşlı Emine Uğur xəstəxanada dünyasını dəyişib. 

Bu üzücü xəbərin ardından yaxınları onu dəfn etmək üçün qəbiristanlığa gətiriblər. Lakin tabutu açdıqda şoka düşüblər. Belə ki, tabut boş olub. Daha sonra qadının nəşinin morqda olduğu məlum olub. Belə ki  işçilərin diqqətsizliyi səbəbindən morqda unudulduğu aydın olub.