Aprelin 2-də Yevlax rayonu ərazisində 3,2 bal gücündə zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Unikal.org-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 10:04:54-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.