12 Dekabr 2018
Meyiti dənizdən tapılan Hamlet Xoşqədəmin verilişinə çıxıbmış? - FOTOFAKT
HADİSƏ 16:52
  • A

Xəbər verdiyimiz kimi, sentyabrın 20-də Suraxanı rayonu, Hövsan qəsəbəsində dəniz sahilində 30-40 yaşlarında naməlum kişi meyiti tapılıb. Meyitin şəxsiyyəti bəlli olub.

Unikal.org BiG.AZ-a istinadən xəbər verir ki, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni Axtarıram verlişinə çıxan və bacısını axtaran Hamletin cəsədi olduğu ehtimal olunur.

Hazırda dənizdən çıxan meyitin Hamletə məxsus olub-olmamağı araşdırılır.

Hamletin uşaq evində böyüdüyü bildirilir.