Saatlıda qamışdan tikilən 4 otaqlı ev yanıb.

FHN-dən Unikal.org-a verilən məlumata görə, rayonda ümumi sahəsi 50 m² olan birmərtəbəli 4 otaqlı qamışdan ibarət evin yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.