Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İrana səfərinin tarixi məlum olub.

Unikal.org xəbər verir ki, səfər bu il martın 9-da reallaşacaq.

Bildirilir ki, E.Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.

Xatırladaq ki, "Report" daha əvvəl XİN başçısı Elmar Məmmədyarovun İran tərəfinin dəvəti ilə martın ilk ongünlüyündə İrana səfər edəcəyini xəbər vermişdi.