Daşkəsəndə yaşlı kişi itkin düşüb.

Unikal.org trend-ə istinadən məlumatına görə, bu barədə polisə Daşkəsən rayonu, Qabaqtəpə kənd sakini Bağırova Durna Ədil qızı müraciət edib.

Müraciətdə bildirib ki, onun qeyri-rəsmi nikahda yaşadığı 1950-ci il təvəllüdlü, Şəmkir rayonunun Qaracəmirli kənd sakini, Daşkəsən rayonunun Qabaqtəpə kəndində yaşayan Məmmədov Səməd Alışan oğlu itkin düşüb.

Faktla bağlı araşdırma aparılır.