Cərəyan itkisi ilə əlaqədar olaraq bir neçə yol kəsişməsində işıqforlar işləmir.

Bu barədə Unikal.org-a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bakı Nəqliyyat Agentliyi (BNA) sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş edir. 

Hazırda işıqforlarla əlaqəsi olmayan kəsişmələr aşağıdakılardır.

M.Hüseyn küç. - Ş.Şamil küç., 

Ş.İ.Xətai pros. - Əhmədbəy Ağa oğlu küç.,  

Ş.İ.Xətai pros.- Ə.Dəmirçizadə küç., 

M.Hadi küç.- Sarayevo küç.(Makdonaldsın yanı), 

Q.Qarayev pros. - C.Naxçivanski küç., 

Q.Qarayev pros.- A.Manafov küç., 

Babək pros.- 1-ci Köndələn