19 Noyabr 2019
İnsanların ölümdən əvvəl nə hiss etdikləri məlum oldu
İnsanların ölümdən əvvəl nə hiss etdikləri məlum oldu ARAŞDIRMA 11:42 2019-06-30

Danimarka, Norveç və Almaniya alimləri insanların ölümdən öncə nə hiss etdiklərini müəyyən ediblər.

Unikal.org xəbər verir ki, insanların 10 faizinin ölümdən öncə həyəcan hissi keçirdiyi məlum olub.

Alimlər bildiriblər ki, bu cür həyacan həqiqətən də ölüm təhlükəsi ilə üzləşən insanlara, habelə bu təhlükə ilə qarşılaşmayan, lakin bunun əksini düşünənlərə xasdır.

Tədqiqatda iştirak edənlər bildiriblər ki, ölümdən öncəki vəziyyətdə bir çoxlarında (78 faiz) zamanın qavranması dəyişib. Daha 65 faiz bu cür durumda düşüncə sürətinin artdığını, 63 faiz isə hisslərin kəskinləşdiyini qeyd edib.