Rusiya Hərbi Hava Qüvvələrinin Suriyanın Hələb şəhərinin şimalındakı yaşayış məntəqələrini fosfor bombaları ilə vurub.
 
Rus qırıcıları müxalif qüvvələrin nəzarətində olan Anadan, Hreytan, Keft Hamra, Maraat Artik, Babis və Yakid yaşayış məntəqələrini hədəfə alıb.
 
Bombardmanlar zamanı ölən və yaralananlarla bağlı məlumat verilməyib.
 
Hələbdə müxalif qüvvələrin əlində olan əraziləri bombalayan rus təyyarələri şəhərdəki məktəb, xəstəxana, mülki müdafiə mərkəzləri və bazar yerlərini də hədəfə alıb. (Axar.az )