İranda 50 obyektdə partlayış törətməyi planlaşdıran 10 silahlı saxlanılıb.
Unikal.org-un xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu İranın kəşfiyyat və milli təhlükəsizlik naziri Mahmud Əlavi bildirib.  
Silahlılar terror aktlarını paytaxt Tehranda və digər bölgələrdə həyata keçirməyi planlaşdırıblar. Onlar məsafədən idarə olunan partlayıcı qurğulardan və üzərilərinə quraşdırılmış kamikadzelərdən istifadə etmək niyyətində olublar.  
Saxlanılan şəxslərdən 2 tondan çox partlayıcı maddə götürülüb.