23 Noyabr 2019
22 Noyabr 2019
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri AÇIQLANDI
Peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələriAÇIQLANDI CƏMİYYƏT 18:44 2019-08-21

2019-2020-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə sənəd qəbulunun nəticələri açıqlanıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən Unikal.org-a verilən məlumata görə, avqustun 5-dən 20-dək keçirilən birinci mərhələdə 11000-dən çox ərizəçi müraciət edib. Onlardan 8808 nəfər peşə təhsili müəssisələrinə qəbul olunub.

İxtisas seçimindən müvəffəqiyyətlə keçən şəxslər sənədlərini 22-27 avqust tarixlərində qəbul olunduqları peşə təhsili müəssisəsinə təqdim etməlidirlər.

Xatırladaq ki, peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə “ASAN xidmət” mərkəzlərində elektron qaydada həyata keçirilib.

Əlilliyi olan şəxslərin, həmçinin valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların peşə təhsili müəssisələrinə qəbulu müsabiqədənkənar aparılıb.