13 Noyabr 2019
12 Noyabr 2019
25 yaşadək hər kəs bu testdən keçməlidir
25 yaşadək hər kəs bu testdən keçməlidir ARAŞDIRMA 21:12 2019-08-25

İngiltərədə yerləşən İmperial Kollecin mütəxəssisləri cinsi yolla keçən klamidiya xəstəliyinə qarşı peyvənd hazırlayıblar.

Unikal.org xəbər verir ki, peyvəndin insanlar üzərindəki ilk sınağı uğurla başa çatıb.

Yenliyin 5 il ərzində bazara çıxarılması planlaşdırılır.

Sınağın nəticələri "Lancet Infectious Diseases" dərgisində yayımlanıb.

Bununla yanaşı, cinsi xəstəliklər üzrə elm adamları klamidiya xəstəliyindən qorunmağın ən effektiv üsulunun prezervativ olduğunu bildirir.

Qeyd edək ki, klamidya qorunmasız cinsi əlaqə yolu ilə yayılan bakterial infeksiya xəstəliyidir. Bu bakteriya sperma və ya vagina suyunda yaşayır. Xəstəliyə yoluxan insanlarda heç bir simptom olmadığı üçün infeksiya "səssiz xəstəlik" adlandırılır. Xəstəlik antibiotiklə müalicə olunmasa, ciddi komplikasiyalara səbəb ola bilir və sonsuzluq yaradır.

25 yaşdan aşağı hər insanın klamidya testindən keçmələri məsləhətdir. Bu testlər evdə də həyata keçirilə bilər.