15 Noyabr 2019
14 Noyabr 2019
2020-ci il Olimpiadasının yeri dəyişdirildi
2020-ci il Olimpiadasının yeri dəyişdirildi İDMAN 13:52 2019-11-05

2020-ci il Ümumdünya Şahmat Olimpiadasının yeri dəyişdirilib.

Unikal.org  xəbər verir ki, bu barədə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) rəhbəri Arkadi Dvorkoviç məlunat verib. Onun sözlərinə görə, Olimpiada gələn ilin 1 - 15 avqustunda Rusiyanın Xantı-Mansiysk şəhərində deyil, paytaxt Moskvada keçiriləcək.

Bununla belə, tarixdə ilk dəfə təşkil olunacaq Ümumdünya Şahmat Paralimpiadası Xantı-Mansiyskdə baş tutacaq.

Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Böyük Britaniyanın paytaxtı Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq, hər iki ildə bir dəfə təşkil olunur. Azərbaycan 2016-cı il Olimpiadasına ev sahibliyi edib.