Yeniyetməni diz çökdürən kişi efirdə Azərbaycan xalqından üzr istəyib.

Unikal.org xəbər verir ki, ATV-də yayımlanan "Bizimləsən" verilişinə qatılan şəxs yayılan videoya görə aydınlıq gətirib. 

"Hər kim məni qınasa özünü qoysun mənim yerimə. Komment yazanlar özünüzü mənim yerimə qoysun. Kim yazırsa, dərindən fikirləşsin. Mən bütün Azərbaycan xalqından, analarımızdan, bacılarımızdan üzr istəyirəm".