İrlandiyalı qarışıq döyüş növləri ustası Konor Makqreqor ilə ikiqat UFC çempionu, amerikalı Donald Serron arasında döyüş baş tutub.

Unikal.org xəbər verir ki, titul döyüşü olmayan UFC-246 Las-Veqasda keçirilib.

Görüş 40-cı saniyədə Donald Serronun nokautu ilə başa çatıb.

Qeyd edək ki, 31 yaşlı Konor Makqreqor yarım-yüngül və yüngül çəki üzrə çempiondur. Bütün karyerası boyu 26 döyüş keçirib, onun 22-də qələbə qazanıb. Sonuncu dəfə rusiyalı idmançı Həbib Nurməhəmmədovla döyüşüb və uduzub.

Qaydasız döyüş üzrə veteran olan Serron karyerası boyu 51 dəfə vuruşub, 36 qələbə qazanıb, 14 məğlubiyyət yaşayıb. Onun bir matçının nəticəsi isə ləğv edilib.