Mərkəzi Seçki Komissiyası (MSK) bu gün keçirilən parlament seçkilərinin səsvermə prosesində saat 15:00-a olan seçici fəallığını açıqlayıb.
 
Unikal.org
-un xəbərinə görə, MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib ki, saat 15.00-a qədər respublika üzrə 2 090 589 nəfər səs verib, seçici fəallığı 39.23 faiz olub.
 
Qeyd edək ki, Milli Məclisə seçkilərə bu gün saat 08:00-da start verilib. Səsvermə saat 19:00-da başa çatacaq.

MSK Katibliyinin İnformasiya Mərkəzi tərəfindən səsvermənin gedişi və nəticələri barədə saat 17.00 və saat 19.00-da ilkin məlumatlar veriləcək. Səsvermənin gedişi və nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.