İngiltərədə dəhşətli hadisə baş verib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ötən ilin aprel ayında Şeffild şəhərində yaşanan hadisənin görüntüləri ortaya çıxıb. Belə ki, dava çıxardığı üçün gecə klubundan çıxarılan gənc oğlan bir müddə sonra əlində şüşə butulka ilə geri qayıdıb. O, dostları ilə gecə klubunun qarşısında gözləyib və şüşəni 23 yaşlı Cheyenne Mottishav gəldikdə onun üzünə vurub. 

Ağzı parçalanan gənc qız onun öldüyünü fikirləşən rəfiqələri tərəfindən xəstəxanaya aparılıb. Əməliyyata alınan 23 yaşlı qızın bütün dişləri qırılıb. 

Cinayətkar şəxs isə hələ də tapılmayıb. Fatkla bağlı araşdırma aparılır.