Dünyaya təsir edən koronavirusun  mənbəyi olan Çindən növbəti yaxşı xəbər gəlib.

Unikal.org məlumat verir ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya görə, son 24 saatda Kovid-19 səbəbi ilə 14 nəfər həyatını itirib.  

Bu açıqlamada digər günlərə nisbətən virusdan ölənlərin sayında azalma müşahidə olunub. 

Qeyd edək ki, bu günə kimi virusdan 67 min 749 nəfər tam sağalaraq evlərinə buraxılıb.