Belarus Prezidenti Aleksandr Lukaşenko bir müddət öncə koronavirusa (COVID-19) qarşı tədbir görməyin lazım olmadığını bildirimişdi.

Unikal.org xəbər verir ki, Belarus Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 152-ə çatıb. 

Aleksandr Lukaşenkonun koronavirusa qarşı tədbir görməyə ehtiyac olmadığını deməsinə baxmayaraq, Belarusiyada koronavirus səbəbindən ilk ölüm halı yaşanıb.

Dünyasını dəyişən şəxsin 75 yaşlı teatr sənətçisi Viktor Daşkeviç olduğu məlum olub.