Aprelin 2-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, gecə və səhər bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu  Abşeron yarımadasında gecə 8-11, gündüz  13-16, Bakıda  gecə 8-10, gündüz 13-15 dərəcə isti olacaq.

Atmosfer  təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək.  Nisbi rütubət 80-90 faiz olacaq.  

Aprelin 2-də Azərbaycanın rayonlarında  arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Gecə və səhər  duman olacaq. Şərq  küləyi gündüz qərb küləyi ilə əvəz olunacaq, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu  gecə 6-10, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək  isti, gündüz 4-8 dərəcə isti olacaq.