Daxili İşlər Nazirliyi (DİN) Xaçmazda baş vermiş yol qəzası ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 3-ü saat 20 radələrində Xaçmaz rayonunun Niyazoba kəndi ərazisində şəhər sakini Ramil Əliyev idarə etdiyi “Hyundai” markalı avtomobili aşırıb.

Nəticədə sürücü hadisə yerində ölüb, 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Xaçmaz Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.